"Bu gün rəqibdən hər şeydə üstün idik" - Aftandil Hacıyev

"Bu gün rəqibdən hər şeydə üstün idik" - Aftandil Hacıyev

"Səbail"in baş məşqçisi Aftandil Hacıyev Azərbaycan Premyer Liqasının XXII turu çərçivəsində evdə "Qəbələ"yə qarşı keçirdikləri oyunu şərh edib.

Fanat.Az xəbər verir ki, mütəxəssis komandasının 3:0 hesablı qələbəsini belə dəyərləndirib:

"Əla axşam idi. Hər iki komandanın azarkeşləri oyuna rəng qatdı. Çoxdan qələbə qazanmaq istəyirdik. Bu gün rəqibdən hər şeydə üstün idik. "Qəbələ"nin qapısı qarşısında yetərincə çox sayda qol epizodu yaratdıq, hər iki hissədə meydanda dominantlıq etdik. Rəqibi topsuz qoymağı planlaşdırmışdıq. Xoşbəxtlikdən istəyimizi həyata keçirə bildik. Uşaqlar hər oyunda tapşırıqları yerinə yetirməyə çalışırlar. Sadəcə, bu gün alındı. "Qəbələ" təsadüfən üst sıralarda qərarlaşmayıb. Qələbə bizim olsa da, onların da real qol imkanları var idi".

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər