"Bu faktdır, gizlətmək olmaz" - Keyndən uğursuzluqla bağlı paylaşım 

"Bu faktdır, gizlətmək olmaz" - Keyndən uğursuzluqla bağlı paylaşım 

Çempionlar Liqasının 1/8 final mərhələsinin ilk oyunları çərçivəsində səfərdə "Latsio"ya uduzandan (0:1) sonra Almaniya Bundesliqasının 22-ci turunda "Bohum"a da məğlub olan (2:3) "Bayern Münhen"in hücumçusu Harri Keyn düşdükləri vəziyyətə münasibət bildirib.

Fanat.Az xəbər verir ki, ingilis hücumçu bu barədə şəxsi "X" hesabında yazıb:

"Həftənin bizim üçün ağır alındığı faktdır və bunu gizlətmək olmaz. Həm oyunumuz, həm də nəticələr özümüzdən gözlədiyimiz səviyyə ilə uzlaşmır. Toparlanmaq və irəli baxmaq lazımdır. Mövcud durumu dəyişmək üçün bizi önəmli matçlar seriyası gözləyir".

Qeyd edək ki, 22 oyuna 50 xal toplayan "Bayern" Bundesliqanın turnir cədvəlində 2-ci pillədə mövqe tutub. Tomas Tuxelin komandası lider "Bayer Leverkuzen"dən 8 xal geri qalır.

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər