"Bu, çətin oyunlarda qələbə qazanmağımızı şərtləndirən əsas amildir"

"Bu, çətin oyunlarda qələbə qazanmağımızı şərtləndirən əsas amildir"

"Barselona"nın qapıçısı Mark-Andre ter Ştegen Kataloniya təmsilçisinin baş məşqçisi Xavinin fəaliyyətinə münasibət bildirib.

Fanat.Az xəbər verir ki, "Sport.es" onun dediklərini belə çatdırıb:

"Xavinin gördüyü iş komandanın mentalitetini müsbət yöndə çox dəyişib. Bu, çətin oyunlarda qələbə qazanmağımızı şərtləndirən əsas amildir. Çempionluq yarışı? Bizim müəyyən üstünlüyümüz var. Ancaq hər şey irəlidədir".

Qeyd edək ki, 30 yaşlı ter Ştegen 2014-cü ildən "Barselona"dadır. O, İspaniya nəhəngində Xavi ilə bir mövsüm çiyin-çiyinə oynayıb.

Nihat 

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər