Britaniyalı milyarder Cim Ratkliff “Mançester Yunayted”i almaq istəyir.
Fanat.Az xəbər verir ki, bunu onun sözçüsü Londonun “The Times” qəzetinə deyib.
Onun ingilis klubunu almağa marağı, dünyanın ən varlı adamı İlon Maskın da eyni niyyəti ifadə etməsindən və daha sonra "Twitter"dəki mesajında bunun sadəcə bir zarafat olduğunu deməsindən sonra yaranıb.
"Əgər klub satılırsa, Cim şübhəsiz ki, potensial alıcıdır. Əgər bu mümkündürsə, biz uzunmüddətli sahiblik məsələsini müzakirə etməkdə maraqlıyıq", - Ratkliffin sözçüsü bildirib.
INEOS kimya şirkətinə rəhbərlik edən Ratkliff Mançesterdəndir və uzun müddətdir klubun azarkeşidir.
“Mançester Yunayted”in əksər səhmlərinə sahib olan amerikalı Qleyzer ailəsi isə "qırmızı şeytanlar"ın yeni mövsümə uğursuz start verməsi və iki turdan sonra xal qazanmadan Premyer Liqanın sonuncu pilləsində qərarlaşması səbəbindən ictimai təzyiqə məruz qalıb. Üstəlik, hazırki rəhbərlik komandaya və ya Old Trafford stadionuna sərmayə qoymadığı üçün ciddi tənqid olunur. “Mançester Yunayted” 5 ildir kuboksuz qalıb və klubun borcu 11 faiz artaraq 496 milyon funt-sterlinqə çatıb. "Bloomberg" iddia edib ki, Qleyzerlər klubu satmağa hazırdır. Mirağa