"Bolonya"nın yarımmüdafiəçisi Luis Ferqyuson mövsümün sonunda İtaliya nəhənglərinin birinə keçə bilər.
Fanat.Az xəbər verir ki, məlumatı "Football Italia" yayıb.
Xəbərə görə, şotland oyunçunun xidmətində "Yuventus", "Milan" və "Latsio" maraqlıdır. Mənbə artıq "Yuventus"un 24 yaşlı oyunçunun agentləri ilə əlaqə saxladığını, digər iki klubun isə gözləmə mövqeyində olduğunu vurğulayıb. Ferqyusonun özünün isə daha çox İngiltərə Premyer Liqasına can atdığı bildirilib.
Xatırladaq ki, Luis 2022-ci ildən "Bolonya"nın uğurları üçün çalışır. Cari mövsüm bütün turnirlərdə 24 matça çıxan britaniyalı 4 qol və 3 məhsuldar ötürmə ilə yadda qalıb. Onun eyniadlı şəhərin təmsilçisi ilə müqaviləsinin müddəti 2027-ci ilin yayına qədərdir.