Boksçumuzu yarımfinala buraxmadılar

Boksçumuzu yarımfinala buraxmadılar

Azərbaycan boksçusu Mirşərif Kazımzadə Serbiyanın Loznitsa şəhərində keçirilən beynəlxalq turnirdə ikinci görüşünə çıxıb.

Fanat.Az xəbər verir ki, ilk qarşılaşmasında moldovalı Vlad Qavriliuçu üstələyən 75 kiloqram çəkili boksçumuz 1/4 finalda serbiyalı Sandro Poletanla üz-üzə gəlib. Döyüş rəqibin 2:1 (30:27, 30:27, 27:30) hesablı qələbəsi ilə yekunlaşıb.

Qeyd edək ki, 18 ölkədən 150-dən artıq boksçunun qatıldığı turnirdə final görüşləri dekabrın 18-də keçiriləcək. 

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər