Boatenqi bu kluba təklif etdilər, ancaq...

Boatenqi bu kluba təklif etdilər, ancaq...

Hazırda azad agent olan Jerom Boatenq karyerasını İtaliya A Seriyasında davam etdirə bilər. Fanat.Az xəbər verir ki, bu barədə “Corriere dello Sport” məlumat yayıb. Mənbənin məlumatına görə, 35 yaşlı müdafiəçinin xidməti agentləri tərəfindln “Roma”ya təklif olunub. İtaliya klubunun rəhbərliyi isə Jeromun yaşına, eləcə də fiziki durumuna görə onun transferinə ehtiyatla yanaşır. Müdafiəçi özü ona bir mövsüm uzatma imkanı ilə bir illik müqavilə təklif edəcək yeni klub axtarır. Boatenq ötən mövsüm "Olimpik Lion"da çıxış edib və Liqa 1-də 8 oyuna çıxıb. Mirağa

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər