Bir oyun yarıda qaldı, Şahruddinin komandası xal itirdi

Bir oyun yarıda qaldı, Şahruddinin komandası xal itirdi

Türkiyə Super Liqasında 17-ci tura start verilib.

Fanat.Az xəbər verir ki, ilk gündə 3 görüş baş tutub.

“Başakşəhər” evdə “Sivasspor”a qalib gəlib. “Qaziantep” - “Adana Dəmirspor” matçında qalib müəyyənləşməyib. Qonaqların heyətində Azərbaycan millisinin qapıçısı Şahruddin Məhəmmədəliyev 90 dəqiqədə mübarizə aparıb.

“İstanbulspor” - “Trabzonspor” matçı isə yarıda qalıb. Meydan sahiblərinin prezidenti 73-cü dəqiqədə komandasını paltardəyişmə otağına göndərib. Buna İstanbul təmsilçisinin hakim qərarlarından narazı qalması səbəb olub.

Türkiyə Super Liqası 17-ci tur 19 dekabr

Başakşəhər – Sivasspor 3:1 Qollar: Pyontek, 45; 51. Pelkas, 62 – Says, 26.

Qaziantep – Adana Dəmirspor 2:2 Qollar: A.Kızıldağ, 17. Markoviç, 54 – E.Akbaba, 71. Akintola, 73.

İstanbulspor – Trabzonspor 1:2 (matç yarıda qalıb) Qollar: M.Sarıkaya, 39 – Trezeqe, 11. Onuaçu, 68.

20 dekabr

18:00. Kayserispor – Fənərbaxça 21:00. Antalyaspor – Kasımpaşa 21:00. Qalatasaray – Fatih Karagümrük

21 dekabr

18:00. Rizəspor – Pendikspor 18:00. Samsunspor – Konyaspor 21:00. Ankaragücü – Hatayspor 21:00. Beşiktaş - Alanyaspor

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər