Bir nömrə titulunu qorudu

Bir nömrə titulunu qorudu

Polşalı tennisçi İqa Sventek Fransa Açıq çempionatının (Rolan Qarros) qalibi olub.

Fanat.Az xəbər verir ki, o, Parisdə keçirilən yarışların final matçında çexiyalı Karolina Muxovaya qalib gəlib.

Görüş 6:2, 5:7, 6:4 hesabı ilə dünya reytinq cədvəlində ilk sırada qərarlaşan polşalının xeyrinə başa çatıb.

Bununla da Sventek ardıcıl ikinci dəfə Rolan Qarrosu qazanıb. Onun turnirdə ümumilikdə üç qələbəsi var.

Qeyd edək ki, Polşa təmsilçisi dörd "Böyük Dəbilqə" turnirinin qalibi olub. O, 2022-ci ildə ABŞ Açıq çempionatını da qazanıb

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər