Bir federasiya prezidenti öldü, biri istefa verdi

Bir federasiya prezidenti öldü, biri istefa verdi
Kosovo Futbol Federasiyasının prezidenti Fadil Vokri dünyasını dəyişib. 
Fanat.Az xəbər verir ki, 58 yaşlı prezident bu gün ürək tutmasından vəfat edib. Səhər idmanı zamanı səhhətində problem yaranan Vokri Priştina şəhərindəki xəstəxanaya çatdırılıb. Lakin həkimlər onun həyatını xilas edə bilməyib.
Qeyd edək ki, Kosovo yığması UEFA Millətlər Liqasında Azərbaycan millisi ilə eyni qrupda yer alıb. 
Qana Futbol Assosiasiyasının prezidenti Kvesi Nyantakyi isə istefa verib. Buna səbəb onun adının korrupsiya qalmaqalına qarışması olub.
Kvesi Nyantakyi buna görə dövlət başçısı Nana Akufo-Addodan üzr istəyib: "Diqqətsizlikdən dələduzların qurbanı oldum. Hesab edirdim ki, ölkəyə investisiya yatırmaq istəyən şəxslərlə iş görürəm. Bütün günahı üzərimə götürürəm”.
Qeyd edək ki, iyunun 7-də Qana höküməti ölkənin futbol sektorundakı korrupsiya halları ilə bağlı sənədli filmin nümayişindən sonra milli assosiasiyanı buraxmağı qərara alıb. Filmdə Kvesi Nyantakyinin bir iş adamından 65 min dollar aldığı əksini tapıb. 2005-ci ildən Qana Futbol Assosiasiyasının prezidenti olan Kvesi Nyantakyi FIFA Şurasının üzvüdü. Lakin artıq ali futbol qurumu afrikalı funksioneri 90 gün müddətinə futboldan uzaqlaşdırıb.
Fanat.Az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər