Beyl mövsümü əvəzedicilər skamyasında keçirməyə hazırdı - SON DURUM

Beyl mövsümü əvəzedicilər skamyasında keçirməyə hazırdı - SON DURUM
"Real"ın vinqeri Qaret Beylin gələcəyi hələ də qeyri-müəyyən olaraq qalır.
"Real" Beyllə yolları ayırmaq istəsə də, o, fərqli fikirdədi. Fanat.Az "Mirror"a istinadən xəbər verir ki, 31 yaşlı futbolçu mövsümün tamamını əvəzedicilər skamyasında keçirməyə belə hazırdı. Beyl bu barədə Uels millisinin baş məşqçisi Rayan Giqqzi də məlumatlandırıb.
Uelsli ulduzun oyun təcrübəsinin azlığı Giqqzi narahat edir. O, Qaretin Avro-2020-də istənilən performansı ortaya qoymayacağından ehtiyatlanır.
 
Qeyd edək ki, Beylin "Real"la olan müqaviləsi 2022-ci ilin yayında başa çatacaq.
Fanat.Az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər