Bəybalayevin komandasından qələbə

Bəybalayevin komandasından qələbə
Azərbaycanlı yarımmüdafiəçi Vüqar Bəybalayevin komandası "Telavi” Gürcüstan çempionatında 18-ci turun matçına çıxıb.
 
Fanat.Az xəbər verir ki, sözügedən kollektiv doğma meydanda "Şukura” ilə qarşılaşıb və 1:0 hesabı ilə qalib gəlib. 
 
27 yaşlı futbolçunun adı görüşün iştirak ərizəsində yer almayıb.
 
Qeyd edək ki, cari mövsümdə 11 xal toplayan "Telavi” 10 iştirakçı arasında 9-cu pillədə qərarlaşıb.
 
Fanat.Az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər