Çempionlar Liqasının 1/8 final mərhələsinin ilk oyunları çərçivəsində "Çelsi" öz meydanında "Lill"i 2:0 hesabı ilə məğlub edib.
Fanat.Az xəbər verir ki, London təmsilçisinin yarımmüdafiəçisi Nqolo Kante UEFA-nın saytına açıqlamasında matçı dəyərləndirib:
"Yaxşı oyun oldu və vacib nəticə əldə etdik. Bəxtimiz gətirdi ki, ilk dəqiqələrdə qol vurduq. Sonra bir az çətinləşdi, amma ikinci qol layiqli nəticə qazanmağımıza kömək etdi.
Buraxılan topdan sonra "Lill" irəli atıldı. Bu komandada sərbəst zonalara daxil olaraq müdafiə xəttimizə hücum edən möhtəşəm oyunçular var. Qonaqların qol imkanları oldu, amma biz öz işimizi gördük və qalib gəldik”.
Qeyd edək ki, bu komandalar arasında cavab oyunu 17 mart tarixində keçiriləcək.
Röya