Bertolaççi "Karagümrük"ü digər Superliqa klubuna dəyişir

Bertolaççi "Karagümrük"ü digər Superliqa klubuna dəyişir

Türkiyənin Superliqa klubu “Karagümrük” yarımmüdafiəçisi Andrea Bertolaççi ilə yollarını ayırıb.

Fanat.Az xəbər verir ki, bu barədə klubun rəsmi saytı məlumat yayıb.

30 yaşlı futbolçu karyerasını Türkiyənin digər klubu “Kayserispor”da davam etdirəcək. İtaliya millisinin sabiq üzvü yeni klubu ilə 2.5 illik müqavilə bağlayacaq.

Bertolaççi 2020-ci ilin dekabrından “Karagümrük”də forma geyinirdi. O, bu mövsüm Türkiyə Superliqasında meydana çıxdığı 15 oyunda 7 qola imza atıb.

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər