"Tottenhem"in niderlandlı vingeri Stiven Berqveyn baş məşqçi Antonio Kontenin ona az şans verdiyini əsas gətirərək klubu tərk etməyə hazır olduğunu bildirib.
Fanat.Az "Sky Sports"a istinadən xəbər verir ki, 24 yaşlı futbolçu mütləq həll yolu tapmaq istədiyini söyləyib:
"Düzünü desəm, burada start "11-lik"də yer alacağımı düşünmürəm. Kifayət qədər oynamıram. Niderlanda qayıtmaq mənim üçün yaxşı seçim olardı. Qarşıdan dünya çempionatı gəlir. Milli komandanın baş məşqçisi cənab Van Qaal məni yığmanın heyətinə çağıracaq. Təbii ki, az oynamağım kədərlidir. Yayda mütləq həll yolu tapmalıyıq".
Emin