"Real Madrid"in ulduz futbolçusu Kərim Benzema İspaniyada qalmaq qərarına gəlib.
Fanat.Az xəbər verir ki, bu barədə "Marca" məlumat yayıb.
Xəbərə görə, 35 yaşlı fransalı hücumçu Səudiyyə Ərəbistanından gələn təklifi rədd edib.
Benzemanın madridlilər ilə cari müqaviləsinin müddəti iyunda başa çatır. Onun kral klubundan ayrılacağı gözlənilsə də, tərəflər arasında yeni sözləşmə ilə bağlı razılıq əldə olunub. Yaxın zamanlarda yeni anlaşmanı rəsmən elan ediləcəyi gözlənilir.
Qeyd edək ki, Kərim Benzema 2009-cu ildən "Real Madrid"də çıxış edir. 97 oyunda meydana çıxan forvard 37 qola imza atıb.
Röya