Benjamen Mendinin ətrafında qalmaqallar səngimir

Benjamen Mendinin ətrafında qalmaqallar səngimir

"Mançester Siti"nin müdafiəçisi Benjamen Mendi növbəti dəfə qadına təcavüzdə ittiham olunub. 

Fanat.Az xəbər verir ki, bu, fransız futbolçunun cəlb olunduğu 8-ci cinayət işidir. 

Daha öncə də onun adı oxşar hadisələrə qarışıb.

Qeyd edək ki, Mendi 2019-cu ildə "Sky Sports" saytına verdiyi müsahibədə bu hərəkətləri içkili halda etdiyini dilə gətirmişdi: "Adətən içki məclisində hiddətlənib özümü idarə edə bilmirəm. Amma mən heç kimə təcavüz etmək niyyətində olmamışam. Qarşı cinsin nümayəndəsi ilə baş verən münaqişədə hər zaman kişilər ittiham olunur". 

Qeyd edək ki, hazırda futbolçu şərti azadlıqdadır. Hər bir hadisə üzrə məhkəmə prosesi davam edir.

Emin

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər