"Everton"un yeni baş məşqçisi Rafael Benites müqavilə ərəfəsində onu hədələyən azarkeşlərdən danışıb.
Fanat.Az xəbər verir ki, "Daily Mail" Benitesin sözlərini belə çatdırıb:
"Everton"la müqavilə bağlayarkən tərəddüd etmədim. Çünki rəqabətədavamlı kollektivlə çalışmaq istəyirdim. Əlbəttə, azarkeşlərin açdığı bannerlər fikrimi dəyişmədi. Əla imkan yarandığına əmin idim. Kimdənsə qorxmuram".
Qeyd edək ki, daha öncə "Everton"un əzəli rəqibi "Liverpul"u çalışdırmış Benites 3 illik müqaviləyə qol çəkib. Anlaşma ərəfəsində mütəxəssisin yaşadığı evin önündə üzərində "Biz harda yaşadığını bilirik. İmzalama!" yazılmış banner peyda olmuşdu.
Nihat