Benites Kulibalinin keçidini bəyənmədi

Benites Kulibalinin keçidini bəyənmədi

"Milan", "Napoli", "Liverpul", "Çelsi" və "Real Madrid" kimi klubların sabiq baş məşqçisi Rafael Benites hesab edir ki, Kalidu Kulibali İtaliyada olduğu kimi İngiltərə Premyer Liqasında  dominantlıq edə bilməyəcək.

Fanat.Az xəbər verir ki, tanınmış ispaniyalı çalışdırıcı bu barədə "Sky İtalia" televiziyasına   danışıb:

“O, konsentrasiyasını yaxşılaşdırmalıdır. Həm "Napoli"ni həm də "Çelsi"ni çalışdırmışam. Kulibali İtaliyada qalsa yaxşı olardı.

Mütəxəssislər onun İtaliyada bütün dövrlərin ən yaxşı mərkəz müdafiəçisi olduğunu deyirlər. Onun İngiltərədə də bu cür ola biləcəyinə şübhə edirəm. Hər halda ona "Çelsi"də uğurlar arzu edirəm".

Xatırladaq ki, 31 yaşlı seneqallı müdafiəçi 50 milyon avro müqabilində "Napoli"dən "Çelsi"yə keçib.

Emin

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər