Bellingem rəqib oyunçunu "təcavüzkar" adlandırdı

Bellingem rəqib oyunçunu "təcavüzkar" adlandırdı

"Real Madrid"in yarımmüdafiəçisi Cud Bellingem İspaniya çempionatının 20-ci turu çərçivəsində keçirilən matçda - "Xetafe" ilə oyunda rəqib komandanın oyunçusu Meyson Qrinvudla insident yaşayıb.

Fanat.Az xəbər verir ki, məlumatı "Cadena SER" yayıb. 

Xəbərə görə, sözügedən futbolçular arasında birəbir mübarizə zamanı Bellingem Qrinvudu "təcavüzkar" adlandırıb. Mənbə "Xetafe"nin La Liqanın matça təhkim edilmiş nümayəndəsinə müraciət ünvanlayaraq bu məqamı oyunun protokoluna yazdırdığını vurğulayıb.

21 yaşlı Qrinvud "Mançester Yunayted"in yetirməsidir. O, icarə əsasında "Xetafe"nin formasını geyinir. Meyson zorlamada və təcavüzdə şübhəli bilindiyi üçün həbs edilsə də, sonradan günahı sübuta yetirilmədiyi üçün azadlığa buraxılıb. 18 ay futbolsuz qalan hücumçu daha sonra İspaniya təmsilçisinə icarəyə verilib.

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər