Bekhemin arvadı qızını öpdü, qalmaqal oldu - FOTO

Bekhemin arvadı qızını öpdü, qalmaqal oldu - FOTO
Məşhur modelyer, dizayner və ingiltərəli sabiq futbolçu Devid Bekhamın həyat yoldaşı Viktoriya Bekhemin sosial şəbəkədə paylaşdığı foto, necə deyərlər, başına bəla olub.
Buna səbəb dizaynerin qızı Harper Seven ilə dodaq-dodağa öpüşərkən çəkilmiş fotosu olub.
Böyük müzakirələrə səbəb olan fotonun altından həddindən çox neqativ şərhlər yer alıb. Ciddi tənqidlər yazan sosial şəbəkə istifadəçiləri uşaqlarla bu cür şəkillər çəkdirməyin və dodaqdan öpüşməyin doğru olmadığını önə çəkib.
Lakin Viktoriya Bekhemi dəstəkləyənlər də az deyil. Əksər valideynlər dizaynerə dəstək olmaq üçün öz uşaqları ilə dodaq-dodaqa çəkilmiş fotolarını paylaşıb.
Bekhemin arvadı qızını öpdü, qalmaqal oldu - FOTO
İyunun 11-də qızlarının 5 yaşını qeyd edən Viktoriya və Devid Bekhem cütlüyü öz sevinclərini sosial şəbəkə istifadəçiləri ilə paylaşıb. Valideynlər qızları ilə çəkilmiş fotalarını “Instagram”da paylaşaraq öz sevgilərini tərənnüm edən sözlər yazıblar. (feed.az)
Bekhemin arvadı qızını öpdü, qalmaqal oldu - FOTO
Devid və Viktoriya 1999-cu ildə ailə qurublar. Bu evlilikdən onların 4 övladı var - Bruklin, Romeo, Kruz və Harper.
Bir müddət əvvəl şou dünyasının ən tanınmış cütlüyünün ayrılmaq niyyətində olması barədə xəbərlər yayılmışdı. Buna səbəb isə Viktoriya Bekhemin həyat yoldaşı Devid Bekhemə həsr etdiyi döymələri sildirməsi olmuşdu.
41 yaşlı britaniyalı dizayner, müğənni, prodüser, bəstəkar, rəqqasə və model döymələri silməsinin səbəbini onun hazırkı nüfuzuna xələl gətirməsi ilə izah edib. Yəni Viktoriya hazırda bizneslə məşğul olan bir qadın kimi bu döymələri özünə yaraşdırmır.
Fanat.az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər