“Bayern” uduzdu, “Bayer” əzmkar qələbəyə sevindi

“Bayern” uduzdu, “Bayer” əzmkar qələbəyə sevindi

Almaniya Bundesliqasında 27-ci tura start verilib.

Fanat.Az xəbər verir ki, bu gün 6 oyun baş tutub.

“Ayntraxt” - “Union Berlin” və “Leypsiq” - “Maynts” matçları qolsuz bitib.

Mönhenqladbax “Borussiya”sı evdə “Frayburq”a, “Verder” “Volfsburq”a, “Bayern” isə Dortmund “Borussiya”sına uduzub. Lider “Bayer” də “Hoffenhaym”la ev oyunundan əzmkar qələbə ilə ayrılıb.

Almaniya Bundesliqası 27-ci tur 30 mart

Borussiya (Mönhenqladbax) – Frayburq 0:3 Qollar: Qreqoriç, 7. Rohl, 47. Doan, 57.

Bayer – Hoffenhaym 2:1 Qollar: Andrix, 88. Şik, 90+1 – Bayer, 33.

Ayntraxt – Union Berlin 0:0

Leypsiq – Maynts 0:0

Verder – Volfsburq 0:2 Qollar: Lakrua, 45+4. Mayer, 84.

Bayern – Borussiya (Dortmund) 0:2 Qollar: Adeyemi, 10. Ryerson, 83.

31 mart

17:30. Auqsburq – Köln 19:30. Ştutqart – Haydenhaym 21:30. Boxum - Darmştadt

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər