"Bayer" çempionluğu rəsmiləşdirdi!

"Bayer" çempionluğu rəsmiləşdirdi!

Almaniya Bundesliqasında 29-cu tura yekun vurulub.

Fanat.Az xəbər verir ki, bu gün 2 oyun baş tutub.

“Darmştadt” evdə “Frayburq”a uduzub. Lider “Bayer” isə “Verder”i qəbul edib və darmadağınla qalib gələrək mövsümün sonuna 5 tur qalmış çempionluğu rəsmiləşdirib.

Bu, “Bayer”in tarixində ilk Almaniya çempionluğudur. Bundesliqada son 11 mövsümün qalibi “Bayern”dir.

Hazırda 79 xalı olan “Bayer”i 63 xalla “Bayern” və “Ştutqart” izləyirlər. “Leypsiq” və Dortmund “Borussiya”sı 56, “Ayntraxt” 42 xal toplayıb.

Almaniya Bundesliqası 29-cu tur 12 aprel

Auqsburq – Union Berlin 2:0 Qollar: Tiets, 47. Miçel, 81.

13 aprel

Borussiya M – Borussiya D 1:2 Qollar: Vöber, 36 – Zabitser, 22; 28-pen.

Bayern M – Köln 2:0 Qollar: R.Gerrero, 65. Müller, 90+3.

Bohum – Haydenhaym 1:1 Qollar: Şlotterbek, 90 – Şlotterbek, 81-öz qapısına.

Maynts – Hoffenhaym 4:1 Qollar: Burkardt, 47; 41. Qruda, 63. Onisivo, 88 – Kaderabek, 19.

Leypsiq – Volfsburq 3:0 Qollar: Olmo, 13. Şeşko, 68. Openda, 82.

Ştutqart – Ayntraxt 3:0 Qollar: Girassi, 11. Undav, 17. Levelinq, 37.

14 aprel

Darmştadt – Frayburq 0:1 Qol: Doan, 36.

Bayer – Verder 5:0 Qollar: Bonifase, 25-pen. Caka, 60. Virts, 68; 83; 90.

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər