Başından pul səpilən Blatter: "Qarşısını ala bilmirdim" - VİDEO

Başından pul səpilən Blatter: "Qarşısını ala bilmirdim" - VİDEO

FİFA-nın keçmiş prezidenti Yozef Blatter (Joseph Blatter) rəhbərlik etdiyi dövrdə assosiasiyanın inkişafından danışıb.

Fanat.Az "Ren.Tv"yə istinadən xəbər verir ki, 85 yaşlı sabiq prezident futbol aləminə verdiyi töhfələrdən və futbolun biznesə çevrilməsinin qaçılmaz olduğundan bəhs edib:

"Mən burda işə başlayanda heç kim FİFA-nı tanımırdı. Hər dörd ildən bir futbol üzrə Dünya Kuboku və Olimpiya turniri keçirilirdi, vəssalam. Mənim dönəmimdə futbolun inkişafı başladı, informasiya sistemlərinin və televiziyanın inkişafı ilə üst-üstə düşdü.

Daha sonra insanlar futbolun əla bir şey olduğunu gördülər. İnsanlar televiziyada heç bir problem olmadan hazır görüntü əldə edirdi. Futbola çox pul yatırıldı, ən yaxşı komandaları olan liqalar ortaya çıxdı. Bu, liqaları varlılara və yoxsullara ayırdı.

Təbii ki, hamı ən çox İngiltərə, İspaniya, Fransa, İtaliya, Almaniya futbolu haqda danışır. Onlar ən yaxşı oyunçuları özlərinə götürürlər. Bu, biznesdir. Biznes isə həmişə ədalətsiz bir oyun olub.

Bəli, mən nəhəng bir şey yaratdım. Amma təəssüf ki, həmin o "nəhəng" biznes qaydaları ilə oynamağa başladı. Mən iqdisadiyyat elmləri üzrə magistr dərəcəsi olan insanam. Amma mən də bunun qarşısını ala bilmirdim. Çünki dünyada buna tələbat var idi. Futbolu biznessiz inkişaf etdirmək mümkün deyil. Təəssüf ki, bu, danılmaz faktdır.

Dünyada heç bir din, heç bir dövlət, heç bir sistem ətrafında 2 milyard adam toplaya bilməyib. Futbolun isə 2 milyarddan çox azarkeşi var."

Xatırladaq ki, 21 dekabr 2015-ci ildə FİFA Etika Komitəsi Beynəlxalq Futbol Federasiyasının (FİFA) prezidenti Yozef Blatterin və Avropa Futbol Assosiasiyaları Birliyinin (UEFA) rəhbəri Mişel Platininin (Michel Platini) 8 il müddətinə vəzifədən kənarlaşdırılmasına qərar verib. Səbəb isə qurum başçılarının korrupsiya əməlinə yol vermələri idi. 

Qeyd edək ki, həmin il daha bir maraqlı hadisə ilə yadda qalmışdı. İngiltərəli gülüş ustası Saymon Brodkin mətbuat konfransı zamanı FİFA prezidentini korrupsiyada günahlandıraraq onun başı üzərindən bir dəstə pul atmışdı.

Həmin videonu təqdim edirik:

Emin Şəmsiyev

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər