Türkiyənin baş naziri Rəcəp Tayyip Ərdoğan "Qalatasaray" və Türkiyə yığmasının baş məşqçisi Fatih Terim haqda açıqlama verib. Fanat.az xəbər verir ki, Ərdoğan Terimin yığmaya gətirilməsini uğurlu addım hesab edib:
"Əgər təklif edirsənsə, sübut eləməyə borclusan. Türkiyə Futbol Federasiyası (TFF) Terimi təklif etdi və bunun uğurlu addım olduğunu da sübut etdi. Ümid edirəm ki, Fatih tamamilə bu mövsümdən milliyə sahib çıxar. Aşağı dəstələrdən əsas heyətə qədər hamısına uğur bəxş edər".
Fanat.az