"Yuventus"un keçmiş müdafiəçisi Andrea Bartsali fransalı futbolçu Pol Poqbanın "qoca senyora"ya gəlişini şərh edib.
Fanat.Az xəbər verir ki, "Tuttosport" 41 yaşlı mütəxəssisin dediklərini belə çatdırıb:
"Pol Poqba “Mançester Yunayted”də 6 il keçirdikdən sonra nəhayət "Yuve"yə qayıdır. O, "Yuventus" forması ilə qalib gəlməyin nə demək olduğunu bilir. Di Maria və Poqba komandanı yenidən qalib edəcəklər".
Xatırladaq ki, dünən "Yuventus" Poqbanı rəsmi olaraq öz oyunçusu kimi təqdim edib.
Emin