"Barsa"nın vitse-prezidenti Bartomeu ilə yola getmədiyini təsdiqlədi

"Barsa"nın vitse-prezidenti Bartomeu ilə yola getmədiyini təsdiqlədi
"Barselona”nın vitse-prezidenti Emile Ruso klub prezidenti Jozep Bartomeunun onu və daha bir neçə nəfəri ətrafında görmək istəməməsini təsdiqləyib.
 
Fanat.Az xəbər verir ki, Ruso belə deyib: "Bartomeu mənə zəng vurdu və mətbuata lazım olandan çox informasiya verdiyimi bildirdi. Guya futbolçular haqda ifrat həddə tənqidi ifadələr işlətmişəm. Mən də daxil olmaqla bəzi klub rəsmilərindən ehtiyatlandığını söylədi. Bunu telefonda deməsini düzgün saymıram. 
Səbəb başqadı. Biz maliyyə durumumuzu yoxlamağa hazırlaşırdıq. Görünən budu ki, Bartomeu koronavirus pandemiyası üzündən yaranan fasilənin sona çatmasını gözləmək istəməyib. Maliyyə yoxlanışlarından öncə heyəti dəyişməyə qərar verib”.
Fanat.Az  
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər