Baqali Dabo: "Qapıçımıza təşəkkür etməliyik"

Baqali Dabo: "Qapıçımıza təşəkkür etməliyik"

"Qəbələ"nin futbolçusu Baqali Dabo “Panatinaikos”la Avropa Liqasında keçirdikləri oyunla bağlı fikirlərini bildirib. Fanat.Az xəbər verir ki, futbolçu 0:1 hesabı ilə uduzduqları matçda rəqibin daha çox qol imkanının olduğunu deyib:

"Çox çətin oyun oldu. “Panatinaikos” güclü komandadı. Rəqib iki, hətta üç qol vura bilərdi. Buna imkan vermədiyinə görə qapıçımıza təşəkkür etməliyik. Səfərdə qol vura bilməsək də, inanıram ki, cavab matçında vəziyyəti dəyişə biləcəyik. 1:0 yaxşı nəticədi. Mərhələ keçmək üçün əlimizdən gələni edəcəyik".

Fanat.Az

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər