Banişevskinin xatirə turnirinin qalibi bəlli oldu

Banişevskinin xatirə turnirinin qalibi bəlli oldu

Anatoli Banişevskinin doğum gününə həsr olunmuş ənənəvi futbol turnirinə yekun vurulub.

Fanat.Az xəbər verir ki, Bakı Kəndlər Futbol Federasiyasının təşkilatçılığı, AFFA-nın dəstəyilə keçirilən turnirdə Bakının kənd və qəsəbələrindən ümumilikdə 8 komanda iştirak edib.

Mərdəkan qəsəbəsində yerləşən Milli Komandaların məşq meydanında baş tutan final qarşılaşmasında Qobustan qəsəbəsini təmsil edən “Şıxlar” komandası rəqibi “Ələt” komandasını 4:1 hesabı ilə üstələyərək turnirin qalibi olub.

Yekunda turnirdə müvafiq yerləri tutmuş komandalara AFFA tərəfindən kubok, medallar və müxtəlif nominasiyalar üzrə hədiyyələr təqdim olunub. Kuboku “Şıxlar” komandasına AFFA-nın Kütləvi Futbol Departamentinin rəhbəri, veteran futbolçu Fərrux İsmayılov və Bakı Kəndlər Futbol Federasiyasının prezidenti Vaqif Davudov birlikdə təqdim edib.

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər