Türkiyənin "Adana Demirspor" klubunun hücumçusu Mario Balotelli avtomobil qəzasına düşüb.
Fanat.Az xəbər verir ki, o, xoşagəlməz hadisə isə vətənində üzləşib.
Məlumatı "Marca" yayıb.
? Mario Balotelli has a car accident in Brescia: he is unharmed. Reports indicate that the Italian football player refused to undergo a breathalyzer test pic.twitter.com/1wxJQbF1Zv
— MARCA in English ?? (@MARCAinENGLISH) November 23, 2023
Balotelli İtaliyanın Breşiya şəhərində avtomobil sürərkən idarəetməni itirib və baryerə çırpılıb.
Forvard alkoqol testindən keçmək istəməyərək, axsaya-axsaya hadisə yerinə gələn təcili tibbi yardım maşınına əyləşib. Xəstəxanaya aparılan oyunçuda ciddi xəsarət aşkarlanmayıb.
Balotelli sonuncu dəfə İtaliya millisində 5 il əvvəl çıxış edib. Onun millidə ümumilikdə 36 oyunda 14 qolu var. O, "Adana Dəmirspor"un heyətində bu mövsüm 3 qol vurub.
Mirağa