"Baku Open” beynəlxalq şahmat festivalı başa çatmaq üzrədir.
Fanat.Az xəbər verir ki, əsas turnirdə 23 ölkədən 140 oyunçu iştirak edir. Yarışın reytinq favoriti Hans Nimandır (ABŞ).
Mükafat fondu 55 000 dollar təşkil edir.
Son turdan əvvəl Azərbaycan təmsilçisi Məhəmməd Muradlı vahid liderdir.
Aşağıda doqquzuncu turun ən maraqlı cütlərini təqdim edirik.
9-cu tur Məhəmməd Muradlı - Aleksandr İndiç (Serbiya) Vladislav Kovalev (FIDE) - Tornike Sanikidze (Gürcüstan) Vuppala Pranett (Hindistan) – Leon Mendonka (Hindistan) Rauf Məmmədov - Mitall Aditya (Hindistan) Riad Səmədov - Nicat Abasov Aditya Samant (Hindistan) - Eltac Səfərli Dmitri Kuşko (Ukrayna) - Misrətdin İskəndərov Aydın Süleymanlı - Ortik Niqmatov (Özbəkistan) Muxiddin Madaminov (Özbəkistan) - Namiq Quliyev Nurgül Səlimova (Bolqarıstan) - Abdulla Qədimbəyli
Turnir cədvəli: Muradlı - 6,5 xal, Pranett, Mendonka (hər ikisi Hindistan), İndiç (Serbiya), Sanikidze (Gürcüstan), Kovalev (FİDE) - hərəyə 6 xal.