Bakıda dünya çempionatı keçiriləcək

Bakıda dünya çempionatı keçiriləcək

2022-ci ildə paracüdo üzrə dünya çempionatı Bakıda keçiriləcək.

Azərbaycan Milli Paralimpiya Komitəsinin Mətbuat Xidmətindən (MPK) verilən məlumata görə, yarış 7 - 9 noyabrda təşkil olunacaq.

Mundial MPK-nın təşkilatçılığı və Azərbaycan Cüdo Federasiyasının dəstəyi ilə baş tutacaq. Dünya çempionatında 40-dan çox ölkənin idmançılarının iştirakı gözlənilir.

Yarış 2024-cü ildə Fransanın paytaxtı Parisdə keçiriləcək XVII Yay Paralimpiya Oyunlarına lisenziya xalları qazandıracaq.

Qeyd edək ki, dünya çempionatından öncə beynəlxalq həkimlərin iştirakı ilə idmançılar üçün tibbi təsnifat keçiriləcək.

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər