Azərbaycan yığması İslamiadanın qalibi oldu

Azərbaycan yığması İslamiadanın qalibi oldu

Azərbaycanın qadın basketbolçulardan ibarət 3x3 yığması Türkiyənin Konya şəhərində keçirilən V İslam Həmrəyliyi Oyunlarında qızıl medal qazanıb. 

Fanat.Az xəbər verir ki, milli finalda Mali seçməsi ilə üz-üzə gəlib. 

Qarşılaşma Azərbaycan komandasının 21:6 hesablı qələbəsi ilə bitib. 

***

Azərbaycanın qadın basketbolçulardan ibarət 3x3 yığması Türkiyənin Konya şəhərində keçirilən V İslam Həmrəyliyi Oyunlarında finala yüksəlib.

Fanat.Az xəbər verir ki, yığma yarımfinalda Özbəkistan seçməsi ilə qarşılaşıb. Görüşə sürətli başlayan Azərbaycan basketbolçuları yekunda 16:6 hesablı qələbə qazanıblar.

Qeyd edək ki, milli komanda finalda Mali yığması ilə üz-üzə gələcək. Oyun bu gün Bakı vaxtı ilə saat 21:10-da başlayacaq.

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər