Azərbaycan millisi yenə uduzdu

Azərbaycan millisi yenə uduzdu

Belarusun paytaxtı Minskdə təşkil olunan beynəlxalq turnirdə iştirak edən 17 yaşadək futbolçulardan ibarət Azərbaycan millisi bu gün növbəti oyununu keçirib.

Fanat.Az xəbər verir ki, Rusiyanın müvafiq yaş qrupundan ibarət komandası ilə qarşılaşan yığmamız 0:1 hesabı ilə məğlub olub.

U-17 turnirdə növbəti oyununu fevralın 22-də Özbəkistanın 18 yaşadək futbolçulardan ibarət kollektivinə qarşı keçirəcək.

Milli ilk matçında Belarusun U-18 komandasına yenilib - 0:2.

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər