Azərbaycan millisi Avropa Liqasına hazırlığı başa vurdu

Azərbaycan millisi Avropa Liqasına hazırlığı başa vurdu

Kişi voleybolçulardan ibarət Azərbaycan millisi Avropa Liqasına hazırlıq prosesini başa vurub.

Fanat.Az xəbər verir ki, məlumatı Azərbaycan Voleybol Federasiyasının mətbuat xidməti yayıb. 

Boris Qrebennikovun baş məşqçisi olduğu komanda Ankarada təşkil olunan təlim-məşq toplanışının son mərhələsini yekunlaşdırıb və iyunun 5-də yarışın ilk turunun oyunlarının keçiriləcəyi İsveçə yola düşəcək.

Ankaradakı toplanış çərçivəsində Türkiyə yığması ilə iki yoxlama oyunu da keçirilib. Oyunların birində ev sahibi 3:0 hesabı ilə qalib gəlib, ikinci qarşılaşmada isə 2:2 hesabı qeydə alınıb.

Qeyd edək ki, Azərbaycan millisi Avropa Liqasında ilk oyununu iyunun 6-da Yunanıstan yığmasına qarşı keçirəcək. Komanda növbəti matçda isə iyunun 7-də ev sahibi İsveçlə qarşılaşacaq.

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər