Azərbaycan futboluna ağır itki üz verdi

Azərbaycan futboluna ağır itki üz verdi

Azərbaycanın təcrübəli futbol mütəxəssislərindən olan Qəhrəman Əliyev dünyasını dəyişib. 

Fanat.Az xəbər verir ki, uzun müddətdir ağır xəstə olan veteran futbolçu 63 yaşında vəfat edib. 

2020-ci ildə koronavirusa yoluxan Əliyev daha sonra komaya düşmüşdü.

Qeyd edək ki, Qəhrəman Əliyev "Viləş" (Masallı), "Şəmkir" komandalarında baş məşqçi, "Bakı" klubunda isə köməkçi məşqçi vəzifəsində çalışıb. O, vaxtilə «Viləş»i iki dəfə UEFA İntertoto Kubokuna çıxarıb. Həmçinin «Şəmkir»i çempion edib.

Bundan başqa, «Masallı»nı Premyer Liqaya yüksəldib. «Bakı»nın əvəzedici heyətinə və U-19 komandasına Azərbaycan çempionatının qızıl medallarını qazandıırıb.

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər