Azərbaycan çempionatına yekun vuruldu

Azərbaycan çempionatına yekun vuruldu

Böyüklər arasında stolüstü tennis üzrə Azərbaycan çempionatı başa çatıb.

Fanat.Az xəbər verir ki, oktyabrın 4-də “Şüa İdman Kompleksi”ndə start verilən yarışda iştirakçılar komanda, şəxsi, qoşa və qarışıq-qoşa növlərdə bacarıqlarını göstəriblər.

Gərgin və maraqlı mübarizənin nəticələrinə əsasən qalib və mükafatçılar müəyyənləşib:

Komanda yarışları

Qadınlar: 1. Sumqayıt – 1 2. Bakı -1 3. Sumqayıt – 2; Bakı -2

Kişilər: 1. Bakı -2 2. Bakı – 3 3. Bakı – 1; Sumqayıt

Şəxsi yarışlar

Qadınlar: 1. Ləman Abdulhəmidova 2. Məryəm İmanova 3. Mərziyyə Nurmətova; Aylin Əsgərova

Kişilər: 1. Hilal Həsənov 2. Nihad Məmmədov 3. Vəzir Allahverdiyev; Adil Əhmədzadə

Qoşa yarışlar

Qadınlar: 1. Ləman Abdulhəmidova – Zemfira Mikayılova  2. Aylin Əsgərova – Mərziyyə Nurmətova  3. Billurə Eminova – Məryəm İmanova; Rüfət Əliyeva – Xədicə Əbilzadə

Kişilər: 1. Hilal Həsənov – Onur Quluzadə  2. Vəzir Allahverdiyev – Nihad Məmmədov  3. Xəyal Həşimli – Əliverdi Şahgəldiyev; Adil Əhmədzadə - Rüstəm Hacılı

Qarışıq qoşa

1. Əliverdi Şahgəldiyev – Məryəm İmanova  2. Adil Əhmədzadə - Mərziyyə Nurmətova  3. Rüstəm Əliyev – Xədicə Əbilzadə; Nihad Məmmədov - Ləman Abdulhəmidova

Qeyd edək ki, Azərbaycan Gənclər və İdman Nazirliyi ilə Azərbaycan Stolüstü Tennis Federasiyasının təşkil etdiyi yarışda fəxri kürsüyə qalxan idmançılara AGİN-in medal və diplomları, həmçinin, ASTF-nin mükafatları təqdim olunub.

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər