Azərbaycan çempionatına start verildi

Azərbaycan çempionatına start verildi

Qadın voleybolçular arasında Azərbaycan Yüksək Liqasında yeni mövsümə start verilib.

Fanat.Az xəbər verir ki, bu gün ilk turun oyunları keçirilib.

Voleybol Mərkəzində təşkil olunan tura “Abşeron” - “Murov” matçı ilə start verilib. Mövsümün ilk oyununda “Murov” qalib gəlib. Vüqar Əliyevin baş məşqçi olduğu kollektiv rəqibini 3:1 (25:19, 25:13, 11:25, 26:24) hesabı ilə məğlub edib.

Günün ikinci matçında “Azərreyl” UNEC-i sınağa çəkib. Turun son matçında qalib üç hissədə müəyyənləşib. Eldar Yusubovun başçılıq etdiyi komanda hər üç setdə üstün oyun nümayiş etdirərək, görüşü qələbə ilə başa vurub - 3:0 (25:09, 25:17, 26:24)

Beləliklə, ilk turdan sonra aktivinə 3 xal yazdıran “Azərreyl” və “Murov” turnir cədvəlində 1-ci və 2-ci yerdə qərarlaşıblar. “Abşeron” və UNEC isə turu xalsız başa vurub.

Yüksək Liqanın qalibi 6 dövrədən sonra bəlli olacaq.

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər