Futbol üzrə Rusiya Premyer Liqasında 5-ci turun oyunları keçirilib.
Fanat.Az xəbər verir ki, azərbaycanlı yarımmüdafiəçi Azər Əliyevin şərəfini qoruduğu “Ufa” da növbəti matçına çıxıb. Azərin komandası öz meydanında “Zenit”lə 1:1 hesablı bərabərliyə razılaşıb. Start "11-lik"də yer alan Əliyev 62-ci dəqiqədə əvəzlənib. 5 tura 5 xal toplayan “Ufa” turnir cədvəlində 16 iştirakçı arasında 11-ci sıradadır.
Nihat