Azər Əliyevin birinci vitse-prezident seçilməsi ilə bağlı MOK-dan açıqlama

Azər Əliyevin birinci vitse-prezident seçilməsi ilə bağlı MOK-dan açıqlama

Milli Olimpiya Komitəsi qurumun baş katibi Azər Əliyevin Azərbaycan Pauerliftinq Federasiyasının birinci vitse-prezidenti seçilməsini təkzib edib.

Fanat.Az xəbər verir ki, MOK-un mətbuat xidmətinin rəhbəri Günay Malikqızı A.Əliyevin heç bir federasiyada vəzifə tutmadığını açıqlayıb.

Qeyd edək ki, A.Əliyevin APF-nin birinci vitse-prezidenti vəzifəsinə seçilməsi ilə bağlı daha öncə federasiya rəsmiləri və idmançılar sosial şəbəkədə  paylaşım edib. Qurumdan mətbuata verilən açıqlamada dünən federasiya prezidenti Ələddin Əliyevin iştirakı ilə İdarə Heyətinin iclası baş tutduğu və A.Əliyevin yenidən birinci vitse-pirezident olaraq fəaliyyətini davam etdirəcəyi bildirilib.

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər