"Azarkeşlərimiz bizi tək qoymayacaq" - Mixal Bilek

"Azarkeşlərimiz bizi tək qoymayacaq" - Mixal Bilek

Sabah UEFA Çempionlar Liqasınını pley-offunda "Qarabağ" səfərdə Çexiyanın "Viktoriya" klubuna qarşı cavab oyununa çıxacaq.  

Fanat.Az xəbər verir ki, rəqib komandanın 57 yaşlı baş məşqçisi Mixal Bilek oyundan əvvəl ənənəvi mətbuat konfransında iştirak edib. 

Jurnalistlərin suallarını cavablayan çexiyalı mütəxəssis qeyd edib ki,azarkeşlərdən dəstək gözləyir:

"İlk oyundakı kimi oynasaq, yaxşı nəticə əldə edə biləcəyimizə inanıram.

Məşqçi kimi Çempionlar Liqasının qrup mərhləsində olmamışam. Mənimlə yanaşı, əksər oyunçularımız da burada olmayıb. Bilirik ki, evdə daha güclüyük və azarkeşlərimiz yenə bizi tək qoymayacaq

Açıq futbol oynasaq, "Qarabağ" təhlükəli olacaq. Biz buna imkan verməməliyik".

Qeyd edək ki, avqustun 23-də keçiriləcək "Viktoriya" - "Qarabağ" matçı Bakı vaxtı ilə 23:00-da start götürəcək. Tofiq Bəhramov adına Respublika stadionundakı ilk görüşdə hesab açılmayıb.

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər