İngiltərədə futbol yarışlarını izləməyə gələn azarkeşlər arasında narkotik maddələrdən istifadə sayı artmaqdadır.
Fanat.Az xəbər verir ki, ölkənin "The Sun" nəşrinin əməkdaşları xüsusi maddə köməkliyi ilə stadionların sanitar qovşaqlarında araşdırma aparıblar.
Nəticədə məlum olub ki, "Arsenal", "Çelsi", "Liverpul", "Tottenhem", "Mançester Siti" kimi klublar da daxil olmaqla bir neçə komandanın azarkeşləri oyun zamanı kokaindən istifadə ediblər.




Britaniyanın futbol polisi Mark Roberts məsələ ilə bağlı belə danışıb: "Kokain spirtli içkilərlə yanaşı, vəziyyəti daha da pisləşdirən və insanları şiddətə meyilləndirən amillərdən biridir".
Emin