"DÇ-2022"nin təşkilatçıları Qətərə gələcək azarkeşlərin otel ehtiyaclarını bədəvi çadırları vasitəsi ilə ödəməyi planlaşdırır.
Fanat.az "Eurosport"a istinadən xəbər verir ki, çempionat boyunca 500 min izləyicinin təşrif buyurması gözlənilən Körfəz ölkəsindəki mövcud otellərin ehtiyacı ödəməyəcəyi ehtimal olunur. Problemlə bağlı FIFA da təşkilatçılardan razı qalacağı bir həll yolunun təklifini gözləyir.
Vəziyyətdən çıxmağa çalışan Qətər hökuməti stadionlara yaxın çöllərdə bədəvi çadırları qurmağı təklif edib. Təşkilat Komitəsi bunu "Yaxın Şərq qonaqpərvərliyinin göstəricisi, Dünya çempionatı izləyicilərinə ulduzlar altında yatmaq imkanı vermək" kimi dəyərləndirməklə özünə haqq qazandırmağa çalışır.
Fanat.az