Azarkeşlər Pavarın bu jestini anlamadılar - Sonradan bilindi ki...

Azarkeşlər Pavarın bu jestini anlamadılar - Sonradan bilindi ki...

"Bayern Münhen"in müdafiəçisi Benjamin Pavar Çempionlar Liqasının qrup mərhələsinin 6-cı turu çərçivəsində keçirilən matçda - "İnter"lə oyunda (2:0) vurduğu qolu noyabrın 1-də qətlə yetirilən repçiyə həsr edib.

Fanat.Az xəbər verir ki, fransalı oyunçu Takeoff (əsl adı Kerşnik Kari Bolldur) kimi tanınan "Migos" qrupunun mərhum üzvünün "deb" hərəkətini təkaralayıb.

Qol sevinci bayram edilərkən yerli fanatlar Benjaminin bu jestininin mənasını anlamasalar da, sonradan sosial şəbəkələrdə mövzu ətrafında qızğın müzakirələr aparılıb.

Qeyd edək ki, 28 yaşlı Takeoff ABŞ-ın Texas ştatının Hyüston şəhərində öldürülüb. Daha çox "Look At My Dab" treki ilə tanınan "Migos" qrupu "deb" hərəkətinin populyarlaşmasında xüsusi rol oynayıb.

Nihat    

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər