Azarkeşlər məğlubiyyətin acısını hakimdən çıxartdı - FOTO/VİDEO

Azarkeşlər məğlubiyyətin acısını hakimdən çıxartdı - FOTO/VİDEO
Argentinada hakim azarkeşlər tərəfindən vəhşicəsinə döyülüb. Fanat.Az xəbər ki, hadisə "Yuventud de Pergamino"nun "İndependiente"yə 0:1 hesabı ilə yenilməsindən sonra baş verib.
"Yuventud de Pergamino" fanatları komandalarının bir penalti qolu ilə uduzmasını həzm edə bilməyərək meydana çıxaraq matçın hakimini vəhşicəsinə döyüblər. Göz dönmüş azarkeşlərin əlindən çətinliklə qaçan hakimin paltardəyişmə otağında çəkilmiş qanlı fotosu yayılıb.
Paltardəyişmə otağında da döyülən ədalət təmsilçisi canını xuliqanların əlindən güclə qurtarıb. Argentina polisi artıq faktla bağlı araşdırmalara başlayıb.
Fanat.Az
 
Azarkeşlər məğlubiyyətin acısını hakimdən çıxartdı - FOTO/VİDEO Azarkeşlər məğlubiyyətin acısını hakimdən çıxartdı - FOTO/VİDEO
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər