Azarkeşlər komandanın sponsoru oldu - Dünyada ilk

Azarkeşlər komandanın sponsoru oldu - Dünyada ilk

"Qaziantepspor” azarkeşləri dünyada bir ilkə imza atıb. Fanat.Az xəbər verir ki, bundan sonra komandanın sinəsindəki reklam yerində "Qaziantepspor” tərəfdarları yer alacaq. 

Yaxınlarda imzalanacaq sponsorluq anlaşmasından sonra, azarkeşləri komandaya təkcə tribunadan dəstək verməyəcək, həm də forma qədər yaxın olacaqlar. Məsələ burasındadı ki, özünə sponsor tapa bilməyən klubun çətinlik çəkdiyini görən "Qaziantepspor Azarkeşlər Dərnəyi” belə bir addım atmaq qərarına gəlib. Dərnəyin prezidenti İrfan Karayılan "Kamil Ocak Stadionu”nda təşkil etdiyi mətbuat konfransında həyata keçiriləcək bu ilkdən danışıb. O, idarə heyətinin üzvləri ilə birlikdə verdiyi açıqlamada komandaya sponsorluq edəcəklərini vurğulayıb. Karayılan anlaşamaya əsasən komandanın formasının sinəsindəki reklam yerində "Tərəfdar” sözünün yazılacağını bildirib. Başqan müqavilə çərçivəsində hazırladacaqları 40 min ədəd formanın satışından gələn pulun hamısını komandanın büdcəsinə yatıracaqlarını söyləyib. 

Sponsorluq anlaşmasının cümə axşamı klub və dərnək rəhbərləri arasında imzalanacaq və üzərində "tərəfdar" sözü yazılmış formalar yeni transferlərin də qatıldığı mərasimdə ictimaiyyətə təqdim ediləcək.

Fanat.Az

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər