AZAL bunu 78 gün sonra gördü

AZAL bunu 78 gün sonra gördü

AZAL uğursuz seriyaya son qoyub. Fanat.Az xəbər verir ki, "təyyarəçilər" 2017-ci ildə dəfə xal qazanıb.

Bu Premyer Liqanın XXI turunun "Kəpəz"lə oyununa təsadüf edib - 1:1. Ötən ilin 17 dekabrına təsadüf edən "Neftçi" ilə XIV turun oyununda qələbə qazanan AZAL həmin vaxtdan xala həsrət qalmışdı. III dövrənin ilk 6 oyununda məğlub olan "təyyarəçilər" 78 gün sonra xal sevinci yaşayıb.

Məğlubiyyət seriyası başa çatsa da, qələbəsizlik davam edir. AZAL növbəti oyununu martın 14-də "Qarabağ"a qarşı keçirəcək. Bu isə qələbəsiz oyunlar seriyasının ən azı 87 gün davam edəcəyi deməkdi.

AZAL həmçinin qolsuz seriyaya da son qoyub. Belə ki, "təyyarəçilər" sonuncu dəfə fevralın 3-də "Qarabağ"la baş tutan XVI turun oyununda qol sevinci yaşamışdı. Həmin vaxt Rəşad Abdullayev fərqlənmişdi. Ondan sonrakı 30 gün ərzində keçrilən 4 oyunda qola həsrət qalan "təyyarəçilər"i bu dəfə yeni transfer Vaqif Cavadov sevindirib.

Fanat.Az

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər