Azad olunmuş torpaqlarda bu gün ilk beynəlxalq idman yarışı keçiriləcək

Azad olunmuş torpaqlarda bu gün ilk beynəlxalq idman yarışı keçiriləcək

Azərbaycan Kanoe və Avarçəkmə Federasiyasının təşkilatçılığı ilə bu gün işğaldan azad olunmuş torpaqlarımızda ilk beynəlxalq turnirə - avarçəkmə üzrə “Prezident kuboku-2022”yə start veriləcək.

Fanat.Az xəbər verir ki, ümummilli lider Heydər Əliyevin anadan olmasının 99-cu ildönümünə həsr edilmiş turnirin açılış mərasimi və ilk yarış günü Suqovuşanda olacaq.

Azərbaycanla yanaşı, Türkiyə, Gürcüstan, Moldova və Özbəkistandan 100-dən artıq avarçəkənin qatılacağı reqatada idmançılar Suqovuşan su anbarında kayak və kanoe növlərində mübarizə aparacaqlar. Mayın 7-də Mingəçevirdəki “Kür” Olimpiya Tədris-İdman Mərkəzində akademik avarçəkmə üzrə qaliblər müəyyənləşəcək.

“Prezident kuboku-2022” turnirinə ümummilli lider Heydər Əliyevin həyat və fəaliyyətinə həsr edilən su üzərində 3D effektli şou və atəşfəşanlıqla yekun vurulacaq.

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər