"Ayntraxt"a keçəcəyi deyilən forvard Misirə yollanır - SON DURUM

"Ayntraxt"a keçəcəyi deyilən forvard Misirə yollanır - SON DURUM

Dortmund "Borussiya"sının sabiq hücumçusu Antoni Modest kareyrasını Misirdə davam etdirməyə yaxındır.

Fanat.Az xəbər verir ki, bu yay Almaniya nəhəngindən azad agent qismində ayrılan 35 yaşlı forvard "Əl-Əhli" ilə razılığa gəlib.

İnformasiyanı "Foot Mercato" yayıb. Fransalı futbolçunun 43 dəfə Misir liqasının qalibi olan klub ilə münasibətləri yaxın günlərdə rəsmiləşdirəcəyi vurğulanıb.

Daha öncə Modestin "Ayntraxt"ın diqqət mərkəzinə düşdüyü barədə məlumatlar dərc edilsə də, Frankfurt təmsilçisi indiyədək rəsmi mövqeyini açıqlamayıb.

Nihat

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər