Almaniya kubokunda sonuncu finalçı müəyyənləşib.
Fanat.Az xəbər verir ki, ikinci yarımfinal görüşü “Ştutqart”la “Ayntraxt” arasında baş tutub.
Beş qolun vurulduğu oyundan qalib ayrılan “Ayntraxt” finala yüksəlib.
Beləliklə, Frankfurt təmsilçisi iyunun 3-də keçiriləcək finalmatçında bir gün öncə “Frayburq”u mübarizədən kənarlaşdırmış “Leypsiq”ə rəqib olub.
Almaniya kuboku Yarımfinal 2 may
Frayburq – Leypsiq 1:5 Qol: Qreqoriç, 75 – Olmo, 13. Henriks, 14. Soboslai, 37; 90+7. Nkunku, 45+1.
3 may
Ştutqart – Ayntraxt 2:3 Qol: T.Tomas, 19. Millot, 83 – Ndika, 51. Kamada, 55. Muani, 77-pen.